Mourinyo ən yaxşı üç futbolçunu açıqladı

İdman

04.01.2025 13:50

2971

Məşhur portuqaliyalı məşqçi Joze Mourinyo futbol tarixinin ən yaxşı 3 futbolçusunun adını açıqlayıb.

TodayPress xəbər verir ki, Mourinyo öz siyahısına iki argentinalı əfsanəni - Lionel Messi və Dieqo Maradonanı, həmçinin üçqat dünya çempionu Peleni daxil edib.

"Mənim üçün tarixin üç ən yaxşı oyunçusu Messi, Pele və Maradonadır" deyə Joze Mourinyo bildirib.

Qeyd edək ki, Mourinyo "Real Madrid"də üç il birlikdə çalışdığı həmyerlisi Kriştianu Ronaldunun adını çəkməyib.

tag: Real, Messi ,Pele ,Əfsanə, todaypress.az,