Mourinyo axtardığını tapdı

İdman

26.12.2024 17:07

“Fənərbağça” klubu “Mançester Siti”nin ulduz futbolçusu Kevin De Bruyneni heyətinə qatmaq istəyir. 

TodayPress “Fanatik” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo şəxsi əlaqələrindən istifadə edərək bu transferi həyata keçirməyi planlaşdırır.

Bruynenin xidmətində ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlıdır. 

33 yaşlı yarımmüdafiəçinin “şəhərlilər”lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kevin De Bruyne cari mövsüm “Mançester Siti”nin heyətində 10 oyunda meydana çıxıb və 2 qol vurub.

Namiq HUN

tag: ABŞ ,Məşq, Təmsilçi ,Müddət ,todaypress.az,