Mourinyo Aksellə müdafiəni gücləndirəcək
“Çelsi” klubunun futbolçusu Aksel Disasi Türkiyənin “Fənərbağça” klubunda çıxış edə bilər.
TodayPress "Sözcü" nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Jose Mourinyo müdafiəçini ixtiyarında görmək istəyir.
“Sarı-lacıvərdlilər” qış “transfer pəncərəsi”ndə keçidi həll etməyə çalışacaq.
Aksel Disasi 2023-cü ilin yayında “Monako”dan “Çelsi”yə keçib.
Namiq HUN
tag: Aksel, Çelsi, Məşqçi, Fənərbağça ,todaypress.az,