Mourinyo ağır cəza ala bilər

İdman

26.02.2025 13:24

1767

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın futbolçularına “meymun kimi tullanırdılar” ifadəsinə görə cəza ala bilər.

TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Futbol Assosiasiyalar İttifaqının (UEFA) İntizam Məcəlləsinin 14-cü maddəsinə əsasən idman yarışlarında kiməsə meymun demək irqçilik sayılır.

Mourinyo ifadəsinə görə ən azı 10 matçlıq cəza ala bilər. Baş verənlərə görə maddi cəzanın da olacağı ehtimal edilir.  

Qeyd edək ki, “Qalatasaray” Joze Mourinyonun dediklərinə görə bəyanat yayaraq prokurorluğa, UEFA və FIFA-ya şikayət ünvanlayıb. 

Namiq HUN

tag: Fənərbağça,Joze Mourinyo,Qalatasaray,Türkiyə ,todaypress.az,