Moratadan qeyri-adi rekord
İdman
16.10.2024 14:35
Hücumçu Alvaro Morata İspaniya futbolu tarixinə düşüb.
TodayPress xəbər verir ki, forvard 5 fərqli klubun oyunçusu kimi milli komandanın heyətində qol vurmaqla adından söz etdirib.
UEFA Millətlər Liqasının Serbiya ilə görüşündə fərqlənən Morata “Milan” klubunun üzvü kimi rəqib qapısına qol vurub.
Daha əvvəl Alvaro Morata “Yuventus” (15), “Real Madrid” (3), “Çelsi” (4) və “Atletiko”dan (14) yığmaya gəldiyi vaxt da fərqlənib.
Alvaro İspaniya millisində 5 fərqli klubda qol vuran ilk futbolçudur.
Namiq HUN
tag: Alvaro Morata ,İspaniya ,UEFA ,Real Madrid ,Yuventus, todaypress.az,