Morata xəstəxanaya aparıldı
“Milan” klubunun hücumçusu Alvaro Morata məşqi zamanı aldığı zədə nəticəsində xəstəxanaya yerləşdirilib.
TodayPress “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, ispaniyalı futbolçu səhər məşqi zamanı başından zədə alıb.
Müdafiəçi Pavloviçlə toqquşduqdan sonra forvardı Milan xəstəxanasına aparıblar.
MRT-də futbolçunun səhhəti üçün ciddi problem aşkarlanmayıb. Lakin o, gecəni həkimlərin nəzarəti altında tibb müəssisəsində keçirib.
Namiq HUN
tag: Alvaro Morata, MRT, Milan,Xəstəxana, İspaniya, todaypress.az,