Monteneqro millisi sabiq hücumçusunu itirdi
Monteneqro millisinin sabiq hücumçusu Andriya Delibaşiç 43 yaşında vəfat edib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, o, 2023-cü ilin martında beyin şişi diaqnozu ilə əməliyyat olunmuşdu.
Delibaşiç müalicə aldıqdan sonra “Buduçnost” klubunda idman direktoru kimi fəaliyyət göstərsəib. Ancaq xəstəlik onu işi dayandırmağa məcbur edib.
Qeyd edək ki, "Partizan"la Serbiya çempionatının qalibi olan hücumçu Portuqaliyanın “Benfika” klubunda da eyni uğuru qazanıb.
O, karyerası ərzində İspaniyanın “Rayo Valyekano”, “Herkules”, “Real Sosyedad” və “Malyorka” klublarında da çıxış edib.
Andriya Delibaşiç Monteneqro millisində meydana çıxdığı 21 oyunda 6 qol vurub.
Namiq HUN
tag: Monteneqro,Andriya Delibaşiç,Vəfat,Futbol,Todaypress.az,