Montella ardıcıl üç ev oyununda qələbə qazandı

İdman

12.10.2024 11:40

İtaliyalı futbol mütəxəssisi Vinçentso Montella Türkiyə millisinin tarixinə düşüb. 

TodayPress xəbər verir ki, baş məşqçi “ay-ulduzlular”un sükanı arxasında ardıcıl 3 ev oyununda qələbə qazanmağı bacaran ilk çalışdırıcı olub.   

O, bu göstəriciyə UEFA Millətlər Liqasının III turunda Monteneqro ilə matçı (1:0) qazanmaqla nail olub.   

Qeyd edək ki, Türkiyə millisi Montellanın rəhbərliyi altında daha əvvəl İslandiya (3:1) və Latviyanı (4:0) məğlub edib.   

Namiq HUN

tag: Türkiyə,Milli,Vinçentso Montella,UEFA ,Todaypress.az,