Montella Ardanı məşqdən uzaqlaşdırdı
İdman
25.06.2024 17:47
Futbol üzrə Türkiyə yığma komandasının məşqi zamanı sonradan etirazlara səbəb olan hal yaşanıb. “Ay-ulduzlular”ın baş məşqçisi Vinçenzo Montella Arda Güleri məşqdən uzaqlaşdırıb.
TodayPress xəbər verir ki, italiyalı mütəxəssisin bu hərəkəti birmənalı qarşılanmayıb. O, Gülerdən formanı alaraq Yusuf Yazıcıya verib. Arda Güler isə özünü itirərək nə edəcəyini bilməyib.
Baş məşqçi bu hərəkətinə görə tənqidlərə məruz qalıb. Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası açıqlama yayıb.
“Arda Gülərin qasıq ağrısı səbəbindən və Çexiya matçına daha yaxşı hazırlaşması üçün məşqlərə fərdi olaraq qatılması qərarı texniki heyətimiz və futbolçularla apardığımız müzakirələr əsasında verilib” federasiyadan bildirilib.
Qeyd edək ki, Vinçenzo Montella Portuqaliya ilə oyunda da Ardanı ehtiyat oyunçular skamyasında saxlayıb. O, səbəb kimi futbolçunun yorğun olduğunu bildirib.
Namiq HUN
tag: Montello, Arda, Məşq, Türkiyə, Komanda, todaypress.az,