“Monreal Kanadiens” isveçli hokkeyçisini itirdi
İdman
15.01.2025 10:50
Milli Hokkey Liqasında (NHL) çıxış edən “Monreal Kanadiens” klubunun isveçli hücumçusu Emil Heyneman avtomobil qəzasına düşüb və zədələnib.
TodayPress xəbər verir ki, klubun sosial şəbəkələrdə yaydığı məlumata görə, 23 yaşlı hokkeyçi 3-4 həftə buz meydanlarından uzaq qalacaq.
“Heyneman yol-nəqliyyat hadisəsinə məruz qalıb. Piyada olarkən avtomobil onu vurub. O, bədəninin yuxarı hissəsindən zədə alıb və bərpa müddəti 3-4 həftə çəkəcək" deyə klubun bəyanatında bildirilib.
Hadisənin digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Emil Heyneman 2020-ci ildə “Monreal” tərəfindən ümumi 43-cü seçimlə NHL-ə seçilib. Cari mövsümdə o, 41 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Monreal Kanadiens” klubu 44 xalla Şərq Konfransında 11-ci yerdədir.
Namiq HUN
tag: Monreal ,Hokkey, Avtomobil ,Müddət, todaypress.az,