"Monako"nun forvardı rekord qırdı
İdman
20.09.2024 10:20
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Monako" - "Barselona" matçı meydan sahiblərinin futbolçusu Corc İlenixena üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, Nigeriya əsilli İlenixena Kilian Mbappenin rekordunu qırıb.
Forvard Fransa klubunun heyətində qol vuran ən gənc futbolçu ünvanını ələ keçirib. Corc oyun zamanı 18 yaş 34 günündə olub.
K.Mbappe isə "Monako"nun heyətində bunu 18 yaş 63 günündə reallaşdırıb.
Qeyd edək ki, "Barselona" ilə oyun İlenixenanın "Monako"da debüt matçı olub.
Namiq HUN
tag: UEFA ,Çempioanlar Liqası ,Nigeriya, Kilian Mbappe ,Fransa, Forvard ,todaypress.az,