"Monako" rusiyalı futbolçusu ilə müqavilə müddətini artırdı
İdman
05.10.2024 02:22
Fransanın "Monako" kollektivi
futbolçusu Aleksandr Qolovinlə müqavilə müddətini artırıb.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər
verir ki, rusiyalı yarımmüdafiəçi ilə 5 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2018-ci ildən “Monako”da
çıxış edir. O, komandasının heyətində heyətində 209 oyun keçirib və 31 qol
vurub.
tag: Fransa, Monako, Futbolçu, İdman, Aleksandr Qolovin, todaypress.az,