Modriç yeni rekord müəyyən etdi
İdman
06.11.2024 10:05
“Real Madrid” klubunun xorvatiyalı futbolçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşüb.
TodayPress xəbər verir ki, Modriç, start heyətində ən çox meydana çıxan yarımmüdafiəçi olub.
O, qitənin ən nüfuzlu klub turnirində 99-cu dəfə ilk dəqiqələrdən oynamaq şansı qazanıb. Luka Modriç Çempionlar Liqasının IV turu çərçivəsində “Milan”la keçirilən oyunun start heyətində yer alıb.
Qeyd edək ki, Modriç bu göstəricidə keçmiş komanda yoldaşı Toni Kroosu (98 oyun) arxada qoyub.
Namiq HUN
tag: Real Madrid, Milan, Modriç, Liqa, todaypress.az,