Modriç “Qızıl top”u verəcəyi futbolçunun adını çəkib
TodayPress xəbər verir ki, "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç "Qızıl top"un gələcək sahibi ilə bağlı sualı cavablandırıb.
- Yəqin ki, “Real”dan kimsə “Qızıl top”u qazanacaq. Vinisius, Bellingem və Kroos favoritlərdir. "Mən mükafatın Toniyə verilməsini istərdim, o, mənim dostumdur".
Goal portalı "Qızıl top"a namizədlərin reytinqini yeniləyib. “Real Madrid”in vingeri Vinisius Junior siyahıda birincidir. Reytinqin ikincisi Madrid klubunun yarımmüdafiəçisi Cud Bellingemdir. İlk üçlüyü hücumçu Kilian Mbappe tamamlayır. O da tezliklə “Real”ın futbolçusu olacaq. Toni Kroos isə “Qızıl top”a namizədlər arasında altıncı yerdədir.
Qeyd edək ki, Modriç 2018-ci ildə “Qızıl top”u qazanıb. O, ardıcıl on il bu mükafata sahib çıxan Ronaldo ilə Messinin hegemonluğuna son qoymağı bacarıb.
tag: İdman, Football, Real Madrid, Luka Modriç, Qızıl top, todaypress.az,