Modriç qərar verdi: Təqaüdə çıxır

İdman

26.12.2024 20:00

“Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç karyerasını bitirmək qərarına gəlib.

TodayPress “todofichajes” nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu 2024/25 mövsümü başa çatdıqdan sonra butslarını mismardan asacaq. 

39 yaşlı futbolçunun qərarına dostu və komanda yoldaşı Toni Kroosun təqaüdə çıxması təsir edib.

Qeyd edək ki, cari mövsümdə Luka Modriç klub səviyyəsində 25 oyun keçirib və 4 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Xorvatiya, Mordiç, Futbol, Qərar, Təqaüd, todaypress.az,