Modriç: “Kral klubu”nda özümü xoşbəxt hiss edirəm”
Xorvatiyalı futbolçu Luka Modriç daha bir mövsüm “Real Madrid” klubunda qalmaq istəyir.
TodayPress AS nəşrinə istinadla xəbər verir ki, yarımmüdafiəçi az forma şansı qazansa da, “kral klubu”nda özünü xoşbəxt hiss edir.
39 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında da iştirak etmək niyyətindədir. Qeyd edək ki, 2012-ci ildən “Real”ın formasını geyinən Modriç meydana çıxdığı 569 oyunda 42 qol və 92 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun “Real”la hazırkı müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq.
Namiq HUN
tag: Real,Müqavilə,Luka Modriç,Forma,Todaypress.az,