Modriç komandası üçün əhəmiyyətini sübut edəcəyinə inanır
İdman
14.10.2024 16:25
“Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç karyerasını bitirmək barədə düşünmür.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Amma 39 yaşlı yarımmüdafiəçi komandası üçün əhəmiyyətini sübut etmək və müqaviləni bir daha uzatmaq niyyətindədir.
Luka Modriç 2026-cı ildə keçiriləcək dünya çempionatında oynayacağını və o vaxta qədər “Real”ın oyunçusu olaraq qalmağa üstünlük verəcəyini etiraf edir.
Qeyd edək ki, veteran futbolçu cari mövsümdə “kral klubu”nun heyətində iştirak etdiyi 12 matçda 2 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: Modriç ,Xorvatiya ,Real, Çempionat ,Kral Klubu ,todaypress.az,