Modriç ÇL-in yaşlı futbolçuları sırasına qoşuldu

İdman

18.09.2024 15:33

1157

“Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşüb.

TodayPress xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Liqa mərhələsinin “Ştutqart”la oyununda qol ötürməsi edib.

Oyuna sonradan daxil olan Modriç turnirdə assist edən ən yaşlı 3-cü futbolçu olub. O, buna 39 yaş 8 günlüyündə nail olub.

Qeyd edək ki, Modriçdən əvvəl Amedeo Karboni (39 yaş, 176 gün) və Rayan Giqqz (39 yaş 363 gün) ÇL-də məhsuldar ötürmə edən ən yaşlı futbolçulardır.

Namiq HUN

tag: Real ,Modriç, Amedeo Karboni ,Rayan Giqqz ,Ştutqart, todaypress.az,