Mobil telefona görə avarçəkənin medalı əlindən alındı
İtaliyalı avarçəkən Cakomo Perini qayığından tapılan mobil telefona görə Paris Paralimpiadasının bürünc medalından məhrum edilib.
TodayPress xəbər verir ki, Perini PR1 kateqoriyasında finiş xəttini 3-cü keçsə də, yarışın sonunda çantasından telefon tapılıb. Qaydalara əsasən, avarçəkənlərə qayıqda rabitə vasitələri saxlamaq qadağandır.
İtaliya federasiyası Perininin startdan əvvəl cihazı götürməyi unutduğunu və yarış zamanı ondan istifadə etmədiyini bildirib. Hakimlərin qərarından apellyasiya şikayəti verilsə də, təmin edilməyib. İtaliya Avarçəkmə Federasiyası qərardan Beynəlxalq Avarçəkmə Federasiyasına şikayət etmək niyyətindədir.
Qeyd edək ki, 28 yaşlı avarçəkənin nəticəsi ləğv edildikdən sonra avstraliyalı Erik Horri bürünc medala sahib olub.
Namiq HUN
tag: Bürünc Medal, Telefon, Erik Horri,Peri, İtaliya ,todaypress.az,