MMA döyüşçüsü titulunu qorudu
Yaponiyalı MMA döyüşçüsü dünya çempionu titulunu qoruyub.
TodayPress xəbər verir ki, Naoya İnoue (55,22 kq) rinqdə Ti Cey Dohenlə (Avstraliya) qarşılaşıb. 31 görüşdən 28-də qələbə qazanan yaponiyalı qaydasız döyüşçü bu dəfə də rinqdən qalib ayrılıb.
7 raund davam edən döyüşdə İnoue texniki nokautla qələbə qazanıb. Cey Dohen kürəyini zədələdiyindən döyüş yarıda dayandırılıb.
Qeyd edək ki, Naoya İnoue artıq karyerasında ikinci dəfədir ki, yüngül çəkidə çempion titulunu qoruyur.
Namiq HUN
tag: Yaponiya, MMA,Döyüşçü, Naoya İnoue, Ti Cey Dohen, Avstraliya , todaypress.az,