MMA döyüşçüsü tərəfdaşını itirdi

İdman

28.11.2024 16:56

963

Viski markası “Proper No. Twelve” MMA döyüşçüsü Konor Makqreqorla olan tərəfdaşlığını onunla bağlı məhkəmə prosesi fonunda dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb.

McGregor 2018-ci ildən viski brendinin siması idi. 2021-ci ildə şirkətdəki payını satsa da, onun marketinq tərəfdaşı olaraq qalmışdı.

Makqreqor işi üzrə məhkəmə hökmü xəbərindən sonra İrlandiya mediası “Proper No”nun satışının dayandırıldığını bildirib.

Qeyd edək ki, Makqreqor 2018-ci ilin dekabrında Dublin otellərindən birində Nikita Handiyə təcavüzdə təqsirli bilinib. Məhkəmə qərarına əsasən, o, zərərçəkənə 250 min avro məbləğində təzminat ödəməlidir.

Namiq HUN

tag: MMA, Makqreqor, İrlandiya, Dublin, Məhkəmə, todaypress.az,