MMA döyüşçüsü Gilerme həyatını itirdi
Keçmiş Bellator döyüşçüsü, braziliyalı Gilerme Vaskonselos 39 yaşında vəfat edib.
TodayPress “MMA Fighting”ə istinadən xəbər verir ki, braziliyalı Gilerme Vaskonselos gözlənilmədən həyatdan gedib.
Veteran döyüşçünün ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Vaskonselos 2010-cu ildə başladığı peşəkar döyüşçü karyerası ərzində 16 dəfə rinqə çıxıb. O, 10 döyüşdə qələbə qazanıb, 6-da isə məğlub olub.
Braziliyalı döyüşçü oktaqonla yollarını 2019-cu ildə ayırıb.
Namiq HUN
tag: Bellator ,Gilerme Vaskonselos,Veteran,Döyüşçü,todaypress.az,