MLS-də ən gənc oyunçu rekorda imza atdı
İdman
18.07.2024 11:56
Kavan Sallivan MLS tarixinin ən gənc oyunçusu oldu.
TodayPress xəbər verir ki, “Filadelfiya Union” klubunun 14 yaşlı yarımmüdafiəçisi Kavan Sallivan MLS matçında oynayan ən gənc futbolçu olub.
O, Filadelfiya təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatan "New England Revolution" ilə matçda meydana çıxıb. 14 yaşlı yarımmüdafiəçi 85-ci dəqiqədə meydana daxil olub.
Hazırda 14 yaş 293 günlük olan Kavan MLS tarixinin ən gənc oyunçusudur. O, bu göstəricidə 2004-cü ildə 14 yaş 307 gün olarkən “DC United”-də debüt edən Freddi Adunu üstələyib.
Qeyd edək ki, may ayında Kavan Sallivan İngiltərənin "Mançester Siti" klubuna keçməyə razılıq verib. Gənc amerikalı futbolçu 18 yaşı tamam olan kimi "şəhərlilər"in oyunçusu olacaq.
Namiq HUN
tag: Kavan Sallivan,Filadelfiya Union, Filadelfiya, MLS, todaypress.az,