Mixail Malkin Koimbreni ayağa qaldırdı

İdman

08.07.2024 10:18

Tamblinq üzrə ikiqat dünya çempionu Mixal Malkin Portuqaliyanın Koimbre şəhərində keçirilən Dünya kuboku turnirinin qalibi olub.

TodayPress xəbər verir ki, idmançımız final mərhələsində 31,100 xal yığaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Malkin çempionluq yarışında portuqaliyalı Vasko Pesonu (30,500 xal) və amerikalı Kaden Braunu (29,800 xal) qabaqlayıb. 

Qeyd edək ki, Dünya kuboku ilə yanaşı, Koimbredə "Coimbra Gym Fest" turniri də keçirilir. Gənclərin turnirində azərbaycanlı tamblinqçi Aleksey Karataşev qızıl medal qazanıb.

Namiq HUN

tag: Mixail Malkin, Koimbre, Çempionluq, Dünya Kuboku, Aleksey Karataşev, todaypress.az,