“Minnesota”nın qələbə seriyası başa çatdı

İdman

18.03.2025 14:05

2359

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün növbəti oyunları keçirilib.   

TodayPress xəbər verir ki, “Minnesota”nın səkkiz oyunluq uğurlu seriyası başa çatıb.   

“Canavarlar” doğma meydanda “İndiana Peysers”ə 130:132 hesabı ilə uduzub.   

Qalib komandanın heyətində ən çox xalı hücumçu Obi Toppin (34), ev sahiblərindən isə müdafiəçi Entoni Edvards (38) toplayıb.   

Digər matçların nəticələri 

“Nyu-York Nik” - “Mayami Hit” - 116:95

“Hyuston Rokets” - “Filadelfiya” - 144:137

“Yuta Cazz” - “Çikaqo Bullz” - 97:11

“Finiks Sanz” - "Toronto Raptors” - 129:89

“Qolden Steyt Uorriors” - “Denver Naqqets” - 105:114

“Nyu Orlean Pelikans” - “Detroit Pistons” - 81:127

“Minnesota” - “İndiana Peysers” - 130:132

“Sakramento” - “Memfis Qrizzlis” - 132:122

“Portland Treil Blazers” - “Vaşinqton Vizards” - 112:97

“Los-Anceles Leykers” - “San Antonio Spörs” - 125:109.   

Namiq HUN

tag: NBA,BAsketbol,Minnesota,Məğlubiyyət,Todaypress.az,