“Minnesota” yarımfinalda, “Boston Seltiks” isə seriyanı uzatdı

İdman

15.05.2025 13:25

17

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.   

TodayPress xəbər verir ki, Qərb Konfransında “Minnesota” və “Qolden Steyt” güclünü müəyyən ediblər.   

Beşinci matç “Minnesota” basketbolçularının 121:110 hesablı qələbəsi ilə başa çatıb.

Qalibiyyət sayəsində seriyakı üstünlüyünü 4:1 yüksəldən kollektiv yarımfinala vəsiqə qazanıb. 

Digər pley-off görüşündə isə “Boston Seltiks” “Nyu-York Niks”i məğlub edib 127:102. Uğursuzluğa baxmayaraq Nyu-York təmsilçisi seriyada 3:2 hesabı ilə öndədir.   

Namiq HUN

tag: Minnesota,Boston Seltiks,NBA,Basketbol,Todaypress.az,