“Minnesota” lider “Oklahoma”nı büdrətdi
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) müntəzəm mövsümün növbəti oyunları keçirilib.
TodayPress xəbər verir ki, Qərb Konfransının lideri “Oklahoma-Siti Tander” evdə “Minnesota”ya 128:131 hesabı ilə uduzub.
Qalib komandanın ən məhsuldar oyunçusu 27 xalla Ceyden Makdeniels, meydan sahiblərində isə 39 xal, 10 ribaundla Şey Qilces-Aleksander olub.
“Minnesota” qələbədən sonra iki oyunluq məğlubiyyət seriyasına son qoyaraq yeddinci pilləyə yüksəlib.
“Oklahoma-Siti Tander” isə liderliyini davam etdirir.
Digər matçların nəticələri
“Filadelfiya” - "Çikaqo Bullz" – 110:142
“Vaşinqton Vizards” - “Bruklin Nets” – 107:99
“Atlanta” - "Mayami Hit" – 98:86
"Yuta Cazz" - “Portlend Treyl Bleyzers” – 112:114
"Detroyt Pistons" - “Los-Anceles Leykers” – 106:97
"İndiana Peysers" - "Denver Naqqets" – 116:125
“Oklahoma-Siti Tander” - “Minnesota” – 128:131
“Sakramento” - "Şarlot Hornets" – 130:88.
Namiq HUN
tag: NBA, Liqa, Basketbol,Minnesota,Todaypress.az,