Minneapolisin sirli silahı

İdman

31.10.2024 10:15

“Minessota Timbervulz”un basketbolçusu Entoni Edvards Stefen Karrinin rekordunu təkrarlayıb.

TodayPress xəbər verir ki, Minneapolis təmsilçisinin müdafiəçisi, NBA-da mövsümün ilk 4 matçında 5-dən çox üç xallıq atışlar yerinə yetirib.

Edvards “Los-Anceles Leykers”, “Sakramento Kinqz” və “Toronto Reptors” klubları ilə qarşılaşmada 5, “Dallas Maveriks”lə görüşdə isə 7 dəfə uzaq məsafədən səbəti dəqiq nişan alıb.

Qeyd edək ki, “Minessota Timbervulz” cari mövsümün ilk 4 matçında 2 qələbə qazanıb və 2 dəfə uduzub.

Namiq HUN

tag: Entoni Edvards,Minessota Timbervulz,Dallas Maveriks, Rekord, todaypress.az,