Minifutbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb
TodayPress Azərbaycan Minifutbol Federasiyasına istinadla xəbər verir ki, Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatı üçün milli komandaya 18 futbolçu çağırılıb.
Baş məşqçi Elşad Quliyevin təşkil etdiyi yığmanın heyəti:
Qapıçılar: Davud Kərimi (“Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”);
Müdafiəçilər: Müseyyib Vəliyev (“Birbaşa Bakı”), Tural Məmmədrzayev (“Odlar Yurdu”), Cəfər Cəfərov (“Birbaşa Bakı”), Taleh Babayev (“Zirə”);
Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Mirmehdi Rzayev (“Birbaşa Bakı”), Vüsal İsayev (“Birbaşa Bakı”), Təmkin Xəlilzadə (“Birbaşa Bakı”), Ramiz Çovdarov (“Zirə”), Kamran Qürbətov (“Aznur”), Mikayıl Əliyev (“Zirə”);
Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Samir Həmzəyev (“Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”), Seymur Məmmədov (“Zirə”), Rəvan Kərimov (“Zirə”).
Azərbaycan yığma komandası iyunun 1-8 keçiriləcək Avropa çempionatında F qrupunda Fransa, İtaliya və Belçika millilərinə qarşı mübarizə aparacaq.
tag: minifutbol, idman, football, todaypress.az,