"Mingəçevir reqatası-2024”: Daha 2 medal qazandıq

İdman

17.10.2024 18:05

Azərbaycanın daha iki idmançısı akademik avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.

TodayPress xəbər verir ki, Aşağı Köndələnçay su anbarındakı yarışda Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.

A.Ramazanov 200 m məsafəyə kayakla yarışda birinci olub.

C.Vəlizadə isə 200 m məsafəyə kanoe yarışında finiş xəttini üçüncü keçib.

Qeyd edək ki, yarışın birinci günündə Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala sahib olublar. 

Namiq HUN

tag: Azərbaycan,Mingəçevir reqatası-2024,Amil Ramazanov ,Cavid Vəlizadə, Qızıl, todaypress.az,