Mingəçevir həndbolçuları zona yarışının qalibi oldu
2010-cu il və daha kiçik yaş qrupundan olan
oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilib.
TodayPress xəbər verir ki, əvvəlcə Qərb bölgəsini təmsil
edən komandalar qalib və mükafatçıları müəyyənləşdiriblər.
Şəmkir Olimpiya Kompleksində keçirilən yarışın
nəticələrinə əsasən 8 xal toplayan Mingəçevir kollektivi mübarizəni 1-ci
pillədə başa vurub. Qazax idmançıları 6 xalla ikinci, Göygöl komandası 4 xalla
üçüncü pillədə qərarlaşıb.
İki xal toplayan Gəncə məktəbliləri 4-cü yeri tutublar.
Bütün oyunlarda məğlub olan Şəmkir kollektivi sonuncu olub.
Növbəti zona yarışı martın 26-da Cəlilabad Olimpiya
Kompleksində baş tutacaq. Burada Cənub bölgəsinin Biləsuvar, Cəlilabad,
Lənkəran, Lerik, Neftçala və Yardımlı komandaları mübarizə aparacaqlar.
Qeyd edək ki, zona yarışlarında birinci və ikinci yerləri
tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
tag: Gəncə, Göygöl, Həndbol, Mingəçevir, Qaax, todaypress.az,