“Miluoki Baks” NBA Kubokunu qazandı

İdman

18.12.2024 16:45

2500

ABŞ Milli Basketbol Assosiasiyası (NBA) Kubokunun qalibi məlum olub.

TodayPress xəbər verir ki, finalda “Miluoki Baks” və “Oklahoma Siti Tander” komandaları qarşılaşıblar. 

Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Miluoki Baks” basketbolçularının 97:81 hesablı qələbəsi ilə başa çatıb. 

Qalib komandanın heyətində Yannis Adetokumbo 26 xal, 19 ribaund ve 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, NBA Kubokunun son qalibi “Los-Anceles Leykers” klubu idi.

Namiq HUN

tag: Ribaund ,Ötürmə, Miluoki ,Mübarizə, İdman ,todaypress.az,