“Miluoki Baks” ardıcıl 5-ci qələbəsini qazandı

İdman

24.01.2025 15:40

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.   

TodayPress xəbər verir ki, Şərq Konfransının liderlər qrupunda yarışan “Miluoki Baks” səfərdə “Mayami Hit”i 125:96 hesabı ilə məğlub edərək ardıcıl 5-ci qələbəsini qazanıb.

Damian Lillard 29 xal, 11 assist, 9 ribaund, Yannis Adetokunbo isə 25 xal, 12 ribaundla Miluoki təmsilçisinin qəbəsində pay sahibi olublar.   

Müntəzəm mövsümün digər oyunlarının nəticələri 

 “Orlando Məcik” - “Portlend Treyl Bleyzers” - 79:101 “Atlanta Hoks” - “Toronto Reptors” - 119:122 “Oklahoma-Siti Tander” - “Dallas Maveriks” - 115:121 “Denver Naqqets” - “Sakramento” - 132:123 “Qolden Steyt Uorriors” - “Çikaqo Bullz” - 131:106 “Los-Anceles Leykers” - “Boston Seltiks” - 117:96 “Los-Anceles Klippers” – “Vaşinqton Vizards” - 110:93 “İndiana Peysers” - “San Antonio Spörs” - 110:140.

tag: Miluoki Baks,Qələbə,ABŞ,Yannis,Todaypress.az,