Millinin “sükan”ı rus mütəxəssisə tapşırılacaq
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov mayın 31-dək olan müqaviləsinin müddəti başa çatdıqdan sonra postunu tərk edəcək.
TodayPress xəbər verir ki, federasiya rəhbərliyi komandanın AÇ-2026-nın seçmə mərhələsinin əsas dövründəki çıxışından narazı qalıb.
Milli qitə yarışında cəmi iki xal toplayaraq qrupda sonuncu yeri tutub.
Qeyd edək ki, Borisovu əvəzləyə biləcək əsas namizəd də artıq məlumdur.
Milli komandanı “Araz-Naxçıvan”ın məşqçisi Yevgeni Kukseviç çalışdıra bilər. Rusiyalı mütəxəssislə danışıqlar aparılacaq.
Namiq HUN
tag: Azərbaycan,Futzal,Komanda,Baş Məşqçi,Todaypress.az,