Millinin Şimali İrlandiya sınağı
İdman
12.10.2024 10:30
Futbol üzrə Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
TodayPress xəbər verir ki, F qrupunda yer alan yığma IX tur səfərdə Şimali İrlandiya komandası ilə üz-üzə gələcək.
Ballimena qarşılaşmasını Heini Ziskason Vidoyun rəhbərlik etdiyi Farer adalarından olan hakimlər briqadası idarə edəcək.
“The Showgrounds” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Namiq HUN
tag: Futbol,Milli, U-21 ,Səfər,Todaypress.az,