Millinin sabiq üzvü qəflətən öldü

İdman

25.10.2024 10:43

Mərakeş millisinin sabiq yarımmüdafiəçisi Əbdüləziz Barrada 35 yaşında vəfat edib.

TodayPress “Hespress”ə istinadən xəbər verir ki, Barrada ötən gün qəfil ürək tutmasından dünyasını dəyişib.

O, Mərakeş millisinin heyətində 26 oyun keçirib və 4 qol vurub.

Barrada futbolçu karyerasında “Xetafe” və “Marsel” klublarında çıxış edib.

Namiq HUN

tag: Mərakeş, Əbdüləziz, Ölüm, Marsel, Xetafe, todaypress.az,