Millinin sabiq üzvü həbs olundu
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Abdulla Abatsiyev Moskvada həbs olunub.
TodayPress xəbər verir ki, o, fırıldaqçı dəstənin kuryeri olmaqda ittiham edilir.
Dəstə fırıldaqçılıqla 14 milyon rubl (265 min 188 manat) əldə edib.
Abatsiyevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. Futbolçu Preobrajenski Rayon Məhkəməsi tərəfindən həbs edilib.
Xatırladaq ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ millisi ilə yoldaşlıq görüşündə (0:2) iştirak edib. Abatsiyev klub karyerasında “Sumqayıt” və “İnter” komandalarında oynayıb. (Qafqazinfo.az)
Namiq HUN
tag: Futbol,Həbs,İdman,Milli futbol,todaypress.az,