Millinin rəqibi yeni baş məşqçi ilə anlaşdı

İdman

21.01.2025 13:15

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İslandiya yığmasının baş məşqçisi dəyişib.   

TodayPress İslandiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi postuna Arnar Qunnslauqsson təyin edilib. 

O, Oqe Hareydanı əvəzləyib.  51 yaşlı mütəxəssis yığmaya təyinatına qədər “Vikinqur” klubunu çalışdırıb.

O, komanda ilə iki dəfə ölkə çempionu, 4 dəfə isə ölkə kubokunun qalibi olub. 

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə eyni qrupda Ukrayna, həmçinin Fransa – Xorvatiya cütünün qalibi yer alıb.   

Namiq HUN

tag: DÇ-2026,İslandiya Futbol Federasiyası,Oqe Hareyda,Arnar Qunnslauqsson,Todaypress.az,