Millinin qolkiperləri estonların diqqətini çəkdi
Estoniya mətbuatı UEFA Millətlər Liqasında oynayacağı Azərbaycan millisinin heyətini nəzərdən keçirib.
TodayPress xəbər verir ki, yığma komandamızın 24 futbolçusu arasında əsas diqqəti qapıçılar çəkib.
Rza Cəfərovun 1 oyunda yığma forması ilə meydana çıxdığı vurğulanıb.
21 yaşlı qapıçı Arif Əsədovun baş məşqçi vəzifəsini müvəqqəti icra etdiyi dönəmdə Monqolistana (1:0) qarşı keçirilən yoldaşlıq oyununda debüt edib.
Digər iki qolkiper - Aydın Bayramov və Nicat Mehbalıyev isə hələ millidə debüt etməyib.
Qeyd edək ki, Millətlər Liqasının ötən turlarında yığmanın qapısını qoruyan Mehti Cənnətov 4 oyunda qapısında 11 top görüb.
Qeyd edək ki, Azərbaycan – Estoniya matçı noyabrın 16-da Qəbələdə keçiriləcək.
Namiq HUN
tag: Futbol, Qolkiper, Milli, İdman, todaypress.az,