Millinin qolkiperi yenidən "Qarabağ"da
İdman
17.07.2024 17:25
“Qarabağ” futbol klubu milli komandanın qolkiperi Şahruddin Məhəmmədəliyevlə razılıq əldə edib.
TodayPress xəbər verir ki, “Adana Demirspor”dan ayrılan Məhəmmədəliyev “Qarabağ”ın Avstriya toplanışına qatılmayıb. O, kluba Bakı toplanışında qatılacaq.
Qeyd edək ki, “Qarabağ” Şahruddin Məhəmmədəliyevlə bir illik müqavilə imzalayacaq. Qolkiper Ağdam təmsilçisinə qayıtmaqda israrlı olduğundan Rusiya, Türkiyə və BƏƏ Yüksək Liqasında yarışan klubların təklifindən imtina edib.
Namiq HUN
tag: Qarabağ, Şahrudin, Qolkiper, Ağdam, todaypress.az,