Millinin oyunu macarıstanlı hakimə tapşırıldı
UEFA Milətlər Liqasının I turu çərçivəsində Azərbaycan yığma komandasının sentyabrın 5-də İsveç ilə Bakıda keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
TodayPress xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Balazs Berke olacaq. Ona Vencel Toth, Balazs Szert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Csaba Pinter yerinə yetirəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
Namiq HUN