Millinin məşqçisi namizədlər arasında
İdman
07.01.2025 14:45
Beynəlxalq Cüdo Federasiyası (IJF) “İlin məşqçi nailiyyəti” mükafatına namizədləri təqdim edib.
TodayPress xəbər verir ki, namizədlər arasında kişilərdən ibarət Azərbaycan millisinin məşqçisi Rixard Trautman da var.
Almaniyalı mütəxəssisin rəhbərliyi altında Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Paris Olimpiadasının və dünya çempionatının qalibi olublar.
“İlin məşqçi nailiyyəti” mükafatının sahibi yanvarın 10-da məlum olacaq.
Namiq HUN
tag: Cüdo, Federasiya, Rixard ,kotsayev, todaypress.az,