Millinin heyətində dəyişiklik oldu
Cüdo üzrə Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.
TodayPress xəbər verir ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23–27-i aralığında Monteneqroda keçiriləcək.
Turnirdə Azərbaycanı 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək.
Namiq HUN
tag: Hidayət Heydərov, Cüdo, Beynəlxalq, Olimpiya, todaypress.az,