Millinin heyətində dəyişiklik edildi
İdman
07.10.2024 10:12
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
TodayPress xəbər verir ki, “Sabah” klubunun yarımmüdafiəçisi Elvin Camalov zədələndiyi üçün millinin heyətindən çıxarılıb.
Onun əvəzinə “Araz-Naxçıvan” klubunun futbolçusu Vadim Abdullayev yığmaya dəvət alıb.
Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, üç gün sonra isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.
Namiq HUN
tag: Futbol ,Sabah ,Elvin Camalov ,UEFA ,Vadim Abdullayev, todaypress.az,