Millinin dünya çempionatı üçün heyəti açıqlandı

İdman

12.03.2025 15:23

2363

Fiqurlu konkisürmə üzrə ABŞ-nin Boston şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşib.   

TodayPress xəbər verir ki, millimiz martın 25-30-da baş tutacaq mundialda fiqurlu konkisürmənin 4 növdən 3-də təmsil olunacaq. 

Vladimir Litvintsev kişilərin, Nərgiz Süleymanova isə qadınların fərdi yarışına qatılacaq.   

Buz üzərində rəqslərdə Samanta Ritter və Denis Brıkalov dueti çıxış edəcək.

Maksin Ueterbi və Aleksandr Kolosovski dueti isə bu növdə ehtiyat iştirakçılar kimi sifariş olunublar. 

Namiq HUN

tag: Fiqurlu Konkisürmə,ABŞ,Azərbaycan,Çempionat,Heyət,Todaypress.az,