Millinin baş məşqçisi istefa verdi

İdman

09.11.2024 18:00

Futbol üzrə Azərbaycan yığma komandasında ayrılıq yaşanıb.

TodayPress xəbər verir ki, 21 yaşlı futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Samir Əliyev istefaya göndərilib.

Səbəb komandanın uğursuz çıxışıdır. Milli komanda onun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsinin F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Samir Əliyev 2022-ci ildən U-21 yığmasını çalışdırırdı.


Namiq HUN

tag: Baş məşqçi, İdman, Futbol, U-21, todaypress.az,