Millinin azarkeş qrupunun bəyanatı

İdman

21.11.2024 15:30

Azərbaycan millisinin azarkeş qrupu “Göyqurdlar” bəyanat yayıb.

TodayPress xəbər verir ki, fanatlar yığmanın uğursuz nəticələrinə narazılığını bildirib və bir sıra tələblər irəli sürüb:

⁠Dövlət himninin bütün futbolçular tərəfindən ürəkdən oxunması

⁠Milli komandada qələbə mükafatının UEFA Millətlər Liqasında “D” liqasının (və ya rəqibin) səviyyəsinə uyğun azaldılması

⁠Milliləşdirilmiş bacarıqsız futbolçuların mərhələləli şəkildə göndərilməsi

⁠Ürəyində bayraq və vətən sevgisi olmayan futbolçuların qonorar qarşılığında milli komandaya çağrılmaması. Həmin futbolçulardan nə nəticə tələb etmək, nə də onları oyuna görə qınamaq mümkündür.

⁠Hər məğlubiyyət sonrası meydançanı belə də olmalı imiş kimi tərk etmək adətinə son qoyulmalı, hər kəs oynadığı formanın və millinin haqqını dərk etməlidir. Uğurlu nəticələrə görə mükafat verildiyi kimi, uğursuz nəticəyə görə də oyunçular və məsul şəxslər hesabat verməlidirlər.

Namiq HUN

tag: Milli, UEFA, Liqa, Azərbaycan, todaypress.az,