Millinin Avropa məkanında 5-ci zəfəri
Albaniyada keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı başa çatıb.
TodayPress xəbər verir ki, Azərbaycan millisi Tirana turnirində 4 qızıl, 5 gümüş və 7 bürünc olmaqla ümumilikdə 16 medal qazanıb.
Komanda hesabında 1-ci olan sərbəst güləşçilər 9 mükafata sahib çıxıblar.
Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medala sahib olublar.
Çempionatda 4-cü yeri tutan qadın millisinin hesabında 3 medal var. Elnurə Məmmədova (53 kq) və Günay Hümbətova (59 kq) qızıl, Əsmər Cankurtaran (50 kq) bürünc medal əldə edib. Yunan-Roma güləşçiləri də komanda hesabında 4-cü olub. Ruslan Nurullayev (72 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) bürünc medala sahib olublar.
Millimiz medal sıralamasında 1-ci yeri tutub. Ümumi sayda da millimiz hamıdan öndə Türkiyə ilə şərik olub.
Qeyd edək ki, bu, millimizin ardıcıl 4-cü, ümumilikdə 5-ci uğurudur.
Güləşçilərimiz 2017-ci və 2022-25-ci illər aralığında Avropa qitəsinin lideri olublar.
Namiq HUN
tag: Azərbaycan,Güləş,Albaniya,Turnir,Todaypress.az,