Millinin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

İdman

31.10.2024 18:05

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığma komandasının Avropa çempionatının ilkin mərhələsindəki rəqibləri məlum olub.

TodayPress xəbər verir ki, komanda B qrupunda Kosovo və San Marino ilə yarışacaq.

Bu qrupun oyunları San Marinoda keçiriləcək. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, ilkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək.

Namiq HUN

tag: Azərbaycan, Avropa, San Marino, Futzal, todaypress.az,