Millinin 4 üzvü Dünya Kubokunun finalına yüksəldi
Azərbaycanın idman gimnastı İvan Tixonov Dünya Kubokunda finala yüksəlib.
TodayPress xəbər verir ki, o, turnik proqramında 12.200 xal toplayaraq həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan gimnastlarından Dəniz Əliyeva və Murad Ağarzayev dayaqlı tullanma, Nikita Simonov isə halqalarda hərəkətlər üzrə adlarını finala yazdırıblar.
İdman gimnastikası üzrə Dünya Kubokunda final çıxışları martın 8-və və 9-da keçiriləcək.
Namiq HUN
tag: Azərbaycan,Gimnast,İvan Tixonov,Final,Todaypress.az,